İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən rabitə kabellərinə zərbələr endirmək hədəsi ilə çıxış edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Sualtı rabitə kabelləri İranın yeni hədəfləri ola bilər", – deyə SEPAH nümayəndəsi, briqada generalı Hüseyn Mohebi bəyan edib.
O qeyd edib ki, Hörmüz boğazından bütün dünyada internet trafiki və kommersiya məlumatlarının ötürülməsinin asılı olduğu yeddi böyük sualtı kabel keçir.
Mohebi Amerika Birləşmiş Ştatlarını İslam Respublikasına qarşı hər hansı yeni hücumlardan çəkinməyə çağırıb.
"Əgər region İran üçün qeyri-təhlükəsiz olarsa, o zaman regionda heç kim üçün təhlükəsizlik olmayacaq", – deyə general vurğulayıb.
QAZİLER.AZ

