“İran və Rusiya tarixdə heç vaxt indiki qədər yaxın olmayıb” - Əraqçi

“İran və Rusiya tarixdə heç vaxt indiki qədər yaxın olmayıb” - Əraqçi backend

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə o,  “X” hesabında paylaşım edib. O bildirib ki, tərəflər Avropadan Qərbi Asiyaya qədər uzanan geniş coğrafiyada baş verən prosesləri müzakirə ediblər.

Əraqçinin sözlərinə görə, danışıqlarda Livan, Fələstin, Ukrayna və Yəməndəki vəziyyətə xüsusi diqqət yetirilib. Tərəflər, habelə iqtisadi əlaqələrin və nüvə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

İran XİN rəhbəri Tehranla Moskva arasındakı münasibətləri də yüksək qiymətləndirib. Nazir iki ölkənin əməkdaşlıq tarixində heç vaxt indiki qədər yaxın olmadığını bildirib.

QAZİLER.AZ