Qalibaf bölgə ölkələrinə xəbərdarlıq etdi

Qalibaf bölgə ölkələrinə xəbərdarlıq etdi backend

İran Parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bölgə dövlətlərinə, investisiya fondlarına və şirkətlərinə süni intellekt şirkətləri ilə əməkdaşlıq etməmələri barədə xəbərdarlıq edib.

Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir. 

O bildirib ki, hər hansı bir dövlət, fond və ya şirkət hərbi təcavüzlərə kömək edən və ya uşaqların qətlində iştirak edən süni intellekt və ya məlumat şirkətlərinə maliyyə, səhm, torpaq, enerji və ya hər hansı digər imkanlar ayırarsa, İranın sərt və qəti tədbirləri ilə üzləşəcək.

Qalibaf Fars körfəzi Məlumat Təşkilatının yaradılmasına işarə edib, lakin bu qurumun strukturu və fəaliyyətə başlayacağı vaxt barədə ətraflı məlumat verməyib.

QAZİLER.AZ