Krasnodar diyarında Soçi dəmiryolu stansiyasının yaxınlığında böyük yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə REN TV məlumat yayıb.
İlkin məlumatlara görə, "Sun City" ticarət mərkəzinin yaxınlığındakı Roz küçəsindəki ofis binası alovlanıb. Yanğın tez bir zamanda qonşu binaya yayılıb.
Şahidlər hadisə yerində güclü alov və elektrik naqillərinin qırıldığını bildiriblər. Mümkün itkilər və yanğının miqyası barədə məlumatlar müəyyənləşdirilir.
QAZİLER.AZ

