NATO Litvanın qərbində hərbi təlimlərə başlayıb.

NATO Litvanın qərbində hərbi təlimlərə başlayıb. backend

Beynəlxalq hərbi təlimlər oktyabrın 19-dan 30-dək keçiriləcək.

Litva, Baltik dənizi, Klaypeda limanı və ölkənin qərb rayonlarında hibrid təhdidlərə qarşı mübarizə üzrə genişmiqyaslı NATO hərbi təlimlərinə start verilib.

Qaziler.az bildirir ki, oktyabrın 19-da bu barədə Litvanın LRT teleradioşirkəti məlumat yayıb.

Beynəlxalq hərbi təlimlər 19-30 oktyabr tarixləri arasında keçiriləcək. Təlimlərin əsas məqsədi Litva ordusu və NATO qüvvələrinin dövlət qurumları, eləcə də digər təşkilatlarla qarşılıqlı fəaliyyətini gücləndirmək və koordinasiyanı təkmilləşdirməkdir.

Klaypeda şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təlimlər zamanı hərbçilər və zabitlər taktiki uniformalarda olacaq, odlu silah və digər hərbi təchizatla hərəkət edəcəklər. Manevrlərdə müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA), helikopterlər, gəmilər, digər su nəqliyyatı vasitələri, eləcə də imitasiya döyüş sursatları və pirotexnikadan aktiv şəkildə istifadə olunacaq.

QAZİLER.AZ