Moskvanın Nekrasovka rayonunda dördüncü mərtəbənin pəncərəsindən yıxılan uşağı yoldan keçənlər tutmağı bacarıblar.
Qaziler.az bildirir ki, bu barədə "Mash" məlumat verir.
İnsanlar çoxmərtəbəli binanın pəncərəsində oturan dörd-beş yaşlı oğlan uşağını görüblər. Bir anda oğlan pəncərədən yıxılıb. Yoldan keçən bir kişi və qadın onu tutmaq üçün paltolarını uzadıblar. Uşaq yıxılan zaman anası evdə olub. Lakin, anası onu götürmək üçün çölə çıxanda oğlan ona verilməyib.
Uşağın hazırda huşu özündədir və həkimlər tərəfindən müayinə olunur.
QAZİLER.AZ

