Rusiyanın Kiyevə gecə hücumu: Obyektlərə ciddi ziyan dəyib - VİDEO

Rusiyanın Kiyevə gecə hücumu: Obyektlərə ciddi ziyan dəyib - VİDEO backend

Rusiyanın Kiyevə gecə hücumundan sonra Şulyavkada digər obyektlərlə yanaşı, "McDonald's"a da ziyan dəyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Oktyabrın 19-da gecə hücumu nəticəsində "McDonald's"a da ziyan dəyib. "Inkom" biznes mərkəzi, klinika və "Cosmo Multimall" ticarət mərkəzi də zərər görüb. Bütün bu obyektlər Şulyavka ərazisində yerləşir.

McDonald's-dan götürülmüş foto və videolarda hücumun nəticələri, hər yerə səpələnmiş şüşə qırıntıları görünür.

Yaxınlıqdakı oyun meydançası qırıq şüşələrlə doludur.

"Rusiyanın Kiyevə hücumu nəticəsində Vadım Hetman küçəsi, 1A ünvanında yerləşən McDonald's-a ziyan dəyib. Xoşbəxtlikdən, heç kim xəsarət almayıb", - deyə McDonald's-ın mətbuat xidməti  bildirib.

QAZİLER.AZ