S7 aviaşirkətinə məxsus Novosibirsk — Mahaçqala reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstan səması üzərində həyəcan siqnalı verib.
Qaziler.az bildirir ki, bu, uçuş məlumatlarına əsasən verilib.
Təyyarə göyərtədə fövqəladə vəziyyəti ifadə edən "7700" kodunu göndərib. Laynerin salonunda 189-a qədər sərnişinin ola biləcəyi bildirilir.
Aviaşirkətin mətbuat xidmətindən "İzvestiya" qəzetinə verilən açıqlamaya görə, hava gəmisində texniki nasazlıq aşkar edilib. Bu səbəbdən layner hazırda Omskdakı ehtiyat aerodroma eniş etməyə hazırlaşır.
QAZİLER.AZ

