İrəvandakı “Multi Velnes” idman kompleksinin hovuzunda uşaqlar xlordan zəhərləniblər.
Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “MakaryanNews” məlumat yayıb.
Materialda qeyd olunur ki, bina keçmişdə müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana məxsus olub, sonradan isə şəhər meriyasının balansına keçib.
Mənbələrin bildirdiyinə görə, suda xlorun həddindən artıq çox olması səbəbindən üzgüçülük dərsi zamanı uşaqların halı pisləşib. Onların bəzilərində boğulma əlamətləri müşahidə edilib. İdman kompleksində həkim olmadığı üçün təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Hadisə yerinə gələn tibb işçiləri uşaqları oksigenlə təmin ediblər.
QAZİLER.AZ

