İstənilən ölkə Qərbin "rəngli inqilablar"ının qurbanı ola bilər" - Lavrovdan Mərkəzi Asiyaya xəbərdarlıq

İstənilən ölkə Qərbin "rəngli inqilablar"ının qurbanı ola bilər" - Lavrovdan Mərkəzi Asiyaya xəbərdarlıq backend

Dünyanın tamamilə hər bir ölkəsi Qərbin idarə etdiyi "rəngli inqilablar"ın və onun geosiyasi ekspansiyasının qurbanına çevrilə bilər.

Qaziler.az bildirir ki, TASS agentliyinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT, ŞHT və MDB-nin Mərkəzi Asiya və Əfqanıstanda təhlükəsizlik üzrə konfransının plenar iclasında bəyan edib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Qərbin bu geosiyasi ekspansiyasının və "rəngli inqilablar" ssenarilərinin qurbanları sırasına regiondakı tərəfdaşlar, xüsusilə də Mərkəzi Asiya ölkələri daxil ola bilər.

Lavrovun sözlərinə görə, kollektiv Qərb dövlətləri uzun illərdir ki, Rusiya və Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu gərginlik ocaqları yaratmağa çalışırlar. O, Qərbin bu siyasətinin bariz nümunəsi kimi Ukrayna böhranının formalaşdırılmasındakı rolunu xüsusilə qeyd edib.

QAZİLER.AZ