Ağ Evdən Kiyevə təzyiq: Vens, Kuşner, Uitkoff Zelenskidən bunu istəyir

Ağ Evdən Kiyevə təzyiq: Vens, Kuşner, Uitkoff Zelenskidən bunu istəyir backend

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələr endirməməyi xahiş ediblər.

Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, son aylar ərzində həm Uitkoff və Kuşner, həm də Vens şəxsən Zelenskidən Rusiyanın neft emalı müəssisələrinə qarşı hücumları dayandırmağı xahiş ediblər.

Bundan əvvəl də "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ Prezidenti Donald Trampın sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüşündən bəri Vaşinqton Ukraynaya Rusiyanın enerji obyektlərinə hücumları dayandırmaq tələbi ilə altı dəfə müraciət ünvanlayıb.

QAZİLER.AZ