Ankaradan kəskin reaksiya: Kolumbiyanın səfirliyini Qüdsə köçürmək qərarı pislənildi

Ankaradan kəskin reaksiya: Kolumbiyanın səfirliyini Qüdsə köçürmək qərarı pislənildi backend

Türkiyə Xarici İşlər Nazirliyi Kolumbiyanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarını kəskin şəkildə qınayıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Nazirlik məsələ ilə bağlı yaydığı yazılı bəyanatda bu addımın beynəlxalq hüquqa tamamilə zidd olduğunu vurğulayıb.

Bəyanatda qeyd olunub ki, Kolumbiyanın bu qərarı Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 476 və 478 saylı qərarları başda olmaqla, müvafiq beynəlxalq qətnamələri aşkar şəkildə pozur və Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi prinsipləri ilə ziddiyyət təşkil edir. Şərqi Qüdsün işğal altındakı Fələstin torpaqlarının ayrılmaz bir hissəsi olduğunu xatırladan nazirlik, Kolumbiyanı bu qərardan daşınmağa çağırıb.

Sənəddə həmçinin bütün dövlətlərin Qüdsün tarixi və hüquqi statusuna zərər vuracaq addımlardan çəkinməsinin vacibliyi qeyd olunub. XİN regionda ədalətli və qalıcı sülhün yeganə yolunun 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması olduğunu bir daha bəyan edib.

QAZİLER.AZ