İşğalçılar 15 oktyabr axşamı Zaporojyeni atəşə tutublar. Zərbədən sonra özəl müəssisədə yanğın başlayıb.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Zaporojye Xüsusi Əməliyyat Qüvvələrinin rəisi Mixail Semikinin Telegramdakı açıqlamasına istinadən məlumat yayıb.
Semikin qeyd edib ki, Zaporojye yenidən düşmən hücumuna məruz qalıb.
"Özəl müəssisəyə zərbə endirilib və yanğın baş verib", - deyə o bildirib.
Xüsusi Əməliyyat Qüvvələrinin ilkin məlumatına görə, xəsarət alan yoxdur. Məlumat yoxlanılır.
Yerli media "hava hücumunun" pivə zavodunun yaxınlığında baş verdiyini bildirir.
QAZİLER.AZ

