Astanada asayişi süni intellektli robot-itlər qoruyacaq - VİDEO

Astanada asayişi süni intellektli robot-itlər qoruyacaq - VİDEO backend

Qazaxıstanın paytaxtı Astanada polis ictimai yerlərdə təhlükəsizliyi təmin etmək məqsədilə süni intellektli kameralarla təchiz olunmuş dörd robot-it tətbiq edib.

Qaziler.az bildirir ki, bu barədə  "Polisia.kz" portalı məlumat yayıb.

Məlumata görə, müasir texnologiyalarla təchiz edilmiş bu robotlar hazırda insanların sıx toplaşdığı ticarət mərkəzlərində və digər ictimai məkanlarda asayişin qorunmasında polis əməkdaşlarına köməklik göstərir. Robot-itlərin üzərindəki süni intellektli kameralar ətraf mühiti davamlı olaraq müşahidə edir və görüntüləri real vaxt rejimində birbaşa Əməliyyat İdarəetmə Mərkəzinə ötürür. Bu isə polisə vəziyyəti operativ qiymətləndirməyə və çevik tədbirlər görməyə imkan yaradır.

Yeni texnologiyanın ən mühüm üstünlüklərindən biri də axtarışda olan şəxslərin müəyyən edilməsidir. Robotlara inteqrasiya olunmuş xüsusi üzbənzətmə sistemi sayəsində sistemdə hər hansı bir uyğunluq aşkarlandıqda, mərkəzə dərhal avtomatik həyəcan bildirişi göndərilir.

QAZİLER.AZ