Kadir İnanırin 35 milyonluq "qurbağa kolleksiyası" haradadır? - Bacısı oğlundan şok iddia

Kadir İnanırin 35 milyonluq "qurbağa kolleksiyası" haradadır? - Bacısı oğlundan şok iddia backend

Türkiyə kinosunun əfsanəvi aktyoru Kadir İnanırın 35 milyon türk lirəsi (TL) dəyərində olduğu iddia edilən "qurbağa kolleksiyası" ətrafında qalmaqal yaranıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, aktyorun bacısı oğlu Levent İnanır kolleksiyanın hazırda usta sənətkarın evində olmadığını və onun xəstəxanada müalicə olunduğu dövrdə yoxa çıxdığını iddia edib.

"Esra Ezmeci ile Kırmızı Çizgi" proqramına qonaq olan Levent İnanır həm kolleksiyanın qiymətləndirilməsinə etiraz edib, həm də əşyaların oğurlandığına işarə vurub. Kadir İnanırın illər ərzində şüşə, keramika və parçadan hazırlanmış müxtəlif qurbağa fiqurlarını topladığını bildirən Levent İnanır bu kolleksiyanın hansı meyarla 35 milyon TL dəyərində hesablandığını sual edib.

Bacısı oğlu həmçinin bildirib ki, dayısının xəstəxanada olduğu ağır müddətdə bu qiymətli kolleksiya evdən götürülüb və harada olduğu bilinmir. O, bu məsələnin arxasında başqa hüquqi və cinayət xarakterli hadisələrin dayandığını irəli sürüb.

QAZİLER.AZ