Türkiyədə güclü leysan: İstanbul daxil olmaqla 4 vilayətdə məktəblər tətil edəcək

Türkiyədə güclü leysan: İstanbul daxil olmaqla 4 vilayətdə məktəblər tətil edəcək backend

Türkiyənin bəzi bölgələrində təsirli olan güclü leysan yağışları səbəbindən sabah dörd vilayətdə bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozlarına əsasən, şiddətli yağışların sabah da davam edəcəyi bildirilib.

Təbii fəsadların qarşısını almaq məqsədilə vilayətlər üzrə qəbul edilən qərarlar aşağıdakı kimidir:

 İstanbul: Vali Davut Gül uşaqların, müəllimlərin və valideynlərin təhlükəsizliyini təmin etmək məqsədilə sabah da məktəblərin tətil edildiyini açıqlayıb. Həmçinin dövlət qurumlarında çalışan hamilə, əlil və xüsusi üzrlü şəxslərə inzibati icazə verilib. Həftəsonu məktəblərdə tam yoxlama aparılaraq dərslər bazar ertəsi bərpa olunacaq.

Kocaeli: Valilik son meteoroloji məlumatlara əsasən leysanın zəifləyərək də olsa davam edəcəyini və sabah təhsilə ara verildiyini bildirib. Qazi, hamilə, əlil, xroniki xəstəliyi olan, eləcə də 10 yaşından kiçik uşağı olan qadın dövlət işçiləri 1 günlük inzibati icazəli sayılacaqlar.

Sakarya: "Narıncı kod"lu şiddətli yağış xəbərdarlığı ilə əlaqədar şəhər ümumisində rəsmi və özəl məktəblərlə yanaşı, Sakarya Universiteti və Sakarya Tətbiqi Elmlər Universitetində də dərslər təxirə salınıb. İbtidai sinif və bağça yaşlı uşağı olan qadın personallar və digər risk qrupundakı dövlət işçiləri icazəli elan ediliblər.

Yalova: Gözlənilən həddindən artıq yağıntı və güclü külək səbəbindən vilayət daxilindəki bütün məktəblərdə tədris 1 günlüksə dayandırılıb. Kamuda çalışan hamilə, əlil və uşağı bağçaya gedən qadın işçilərə icazə verilib.

QAZİLER.AZ