Xarkovda 5 ukraynalı hərbçini və 1 mülki şəxsi qətlə yetirən rusiyalı keçmiş məhbus saxlanıldı

Xarkovda 5 ukraynalı hərbçini və 1 mülki şəxsi qətlə yetirən rusiyalı keçmiş məhbus saxlanıldı backend

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xarkov vilayətində beş ukraynalı hərbçini və bir mülki şəxsi amansızlıqla qətlə yetirən Rusiya hərbçisini saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" UTX-nin rəsmi məlumatına istinadən xəbər verir.

Cinayəti törədən şəxsin Rusiya Silahlı Qüvvələrinin 1009-cu motoatıcı alayının 2-ci batalyonunda xidmət edən, "Yuloy" ləqəbli, Sankt-Peterburq sakini, 36 yaşlı Leonid Rıjikov olduğu müəyyən edilib.

UTX-nin araşdırmalarına görə, sözügedən şəxs oğurluq və ağır bədən xəsarətləri yetirmə maddələri ilə Rusiyada 8 illik həbs cəzasını çəkib çıxdıqdan sonra, cari ilin iyul ayının sonunda Rusiya ordusuna səfərbər edilib. Keçirilən operativ əməliyyat nəticəsində o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq istintaqa cəlb olunub.

QAZİLER.AZ