Miqrantlara Sankt-Peterburqda mağazalarda, bərbərxanalarda və fitnes klublarında işləmək qadağan edilib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə şəhər hökumətinin qərarında bildirilib.
Sənədə əsasən, yeni məhdudiyyətlər qeyri-rəsmi məşğulluqla mübarizə aparmaq üçün zəruridir. Qadağa Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan vətəndaşlarına və ya iş icazəsi olan əcnəbilərə şamil edilmir.
Şirkətlərə 15 dekabr 2026-cı ilə qədər "öz biznes qurumlarındakı işçilərin sayını yenilənmiş siyahıya uyğunlaşdırmaq" vaxtı verilib.
QAZİLER.AZ

