Moskva vilayətinin Jukovski şəhərində meymun çiçəyi (mpox) xəstəliyinə yoluxma şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə "REN TV" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, sakinlərin həkimə müraciət etməsinə oktyabrın 10-da mümkün infeksiya mənbəyi ilə təmasda olmaları səbəb olub. Hazırda orta ağır vəziyyətdə olan hər beş nəfər Moskva ətrafındakı xəstəxanalardan birinə çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər arasında 21-35 yaşlarında üç kişi və iki qadın var.
Qeyd olunub ki, bundan əvvəlki analoji yoluxma halı da Moskva ətrafında qeydə alınmışdı. Həmin vaxt Domodedovo xəstəxanasının infeksiya şöbəsində müalicə alan 27 yaşlı xəstənin diaqnozu laboratoriya üsulu ilə rəsmən təsdiqlənmişdi.
QAZİLER.AZ

