Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək backend

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək.

Qaziler.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşləır Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci iclasında (CBD COP17) iştirak edəcək.

Baqai qeyd edib ki, konfrans çərçivəsində Pezeşkianın tədbirə qatılan bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması və fikir mübadiləsi nəzərdə tutulub.

CBD COP17 bu il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək, hazırlıq tədbirləri və "Yaşıl Zona" isə 2026-cı il oktyabrın 18-dən başlayacaq.