Sistemin strukturu yalnız hərbi hücumlarla yıxılmayacaq və bu ciddi dəyişiklik ehtimalı insanlar küçələrə çıxdıqda yarana bilər.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.
O, mediaya müsahibəsində ABŞ-nin İrana hücum ehtimalının yüksək olduğunu bildirib: "Ola bilsin ki, ABŞ yeni hücumlarda komandirləri və yüksək səviyyəli liderləri öldürəcək".
Millət vəkili hücum olacağı təqdirdə İranın İsraili hədəf alacağını söyləyib: "İranda bomba partlayarsa, cavab tədbirləri görülməsi və İsraildəki Dimona obyektinin hədəfə alınması ehtimalı da var".
QAZİLER.AZ

