İranda bir gündə 13 məhbus edam edildi

İranda bir gündə 13 məhbus edam edildi backend

Oktyabrın 13-də Təbrizin mərkəzi həbsxanasında dörd məhbusun edam hökmü icra edilib.

Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Qeyd olunub ki, edam olunan şəxslər - Milad Səfəri, İbrahim Xəzəli, Əhmədrza Ziyvəri və Sadeq Hatəmi qətl və narlotik maddələrin alverində ittiham olunmuşdular.

Bununla yanaşı Kerman, Qorqan, Bəndər Abbas, Semnan və Rəşt şəhərlərinin həbsxanalarında da oxşar ittihamlara görə daha doqquz məhbus dar ağacından asılıb.

QAZİLER.AZ