Səfərbərlikdən qaçanların axını: İrəvanda daşınmaz əmlak bazarında qiymətlər kəskin artdı

Səfərbərlikdən qaçanların axını: İrəvanda daşınmaz əmlak bazarında qiymətlər kəskin artdı backend

Rusiyalıların axını səbəbindən qonşu ölkələrdə, xüsusilə Ermənistanda mənzil kirayəsi bazarında kəskin qiymət artımı və defisit yaranıb.

Qaziler.az bildirir ki, "Euronews"un məlumatına görə, səfərbərlikdən qaçan rusiyalılarla yanaşı, Rusiyada yaşayan ermənilər də İrəvana axın edir. Gürcüstan və Ermənistanda yayda kirayə haqları illik müqayisədə 20-30% artıb.

Hazırda İrəvanda ikiotaqlı mənzilin aylıq kirayəsi 800–900 avro təşkil edir ki, bu da ölkədəki orta aylıq əməkhaqqını (təxminən 790 avro) üstələyir. Qiymətlərin bahalaşmasına ev sahiblərinin müqavilə qeydiyyatı üçün tələb olunan 10%-lik vergini də kirayə haqqına əlavə etməsi təsir göstərib.

Ermənistan Kadastr Komitəsinin avqust 2026-cı il hesabatına əsasən, İrəvanda mənzil alış-verişi qiymətləri də ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% yüksəlib. Ölkədə xaricilərin daşınmaz əmlak əməliyyatlarının 72%-i birbaşa Rusiya Federasiyası vətəndaşlarının payına düşür və bu satınalmaların 70,2%-i Ermənistanın paytaxtı İrəvanda reallaşır.

QAZİLER.AZ