14 oktyabrda Rusiya Zaporojyedəki yaşayış binalarına zərbələr endirib. Voznesenovski rayonunda evlərə ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Qaziler.az bildirir ki, bu barədə Zaporojye Vilayət Müdafiə Şurasının həmsədri İvan Fedorov Telegramda məlumat verib.
Fedorov yaşayış binalarına zərbə barədə ilk olaraq yerli vaxtla saat 12:43-də məlumat verib.
O, daha sonra Rusiya hücumunun Voznesenovski rayonunun yaşayış sektorundakı bir neçə küçəyə dəydiyini dəqiqləşdirib.
Xəsarət alanlar var. Hadisə yerində axtarış əməliyyatı başlanılıb.
Zərbə yerindən çəkilmiş fotolarda zədələnmiş fərdi evlər görünür. Bəzi evlərin divarları dağılıb, bəzilərinin isə pəncərələri sınıb.
Bundan əlavə, Fedorovun sözlərinə görə, xilasedicilər dağıntılar altından bir nəfəri çıxara biliblər.
QAZİLER.AZ

