14 oktyabr yerli vaxtla saat 13:50:05-də Qırğızıstanda 3,4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Episentr Qırğızıstanın Batken şəhərində yerləşir. Koordinatlar 40,16° şimal enliyi və 71,82° şərq uzunluğu olub.
Qırğızıstanda baç verən zəlzələ zamanı Özbəkistanda yeraltı təkanlar müxtəlif intensivliklə hiss olunub:
Fərqanə rayonu: 2-3 bal gücündə, episentrdən 18 km məsafədə;
Kuvasay: 2-3 bal gücündə, 20 km;
Fərqanə: 2 bal gücündə, 25 km;
Margilan: 2 bal gücündə, 34 km.
Episentrdən Daşkəndə qədər olan məsafə cənub-şərqdə 251 km olub.
QAZİLER.AZ

