Ukraynada 5 ukraynalı hərbçi güllələndi – Şübhəli əsirlikdən qaçan Rusiya əsgəridir

Ukraynada 5 ukraynalı hərbçi güllələndi – Şübhəli əsirlikdən qaçan Rusiya əsgəridir backend

Ukraynanın Xarkov vilayətində naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin 72-ci əlahiddə mexanikləşdirilmiş briqadasının beş hərbi qulluqçusunu güllələyib.

Qaziler.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, bu barədə 72-ci briqadanın "Facebook" səhifəsi və Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə oktyabrın 13-də Xarkov rayonunda baş verib. Hücum edən şəxsin əsirlikdən qaçmış Rusiya hərbçisi ola biləcəyi ehtimal edilir.

Silahlı şəxs yaşayış evində olan hərbi qulluqçulara atəş açıb. Aldıqları güllə yaralarından beş hərbçinin hamısı hadisə yerində həlak olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

QAZİLER.AZ