"Kriptovalyuta fırıldaqçılığı" cinayətinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan əcnəbi vətəndaş İstanbulda yaxalanıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, İstanbul Polis İdarəsinin Kəşfiyyat və Maliyyə Cinayətlərinə Qarşı Mübarizə şöbələrinin əməkdaşları Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə əməliyyat keçiriblər.
Aparılan araşdırmalar nəticəsində irimiqyaslı kriptovalyuta fırıldaqçılığında ittiham olunan şəxsin Beşiktaş rayonunda gizləndiyi müəyyən edilib və qeyd olunan ünvana basqın təşkil olunub. Əməliyyat zamanı beynəlxalq axtarışda olan şübhəli R.J.S. və onun həyat yoldaşı A.K. gözaltına alınıb.
Sözügedən ünvanda aparılan axtarışlar zamanı 600 min dollar, 24 lüks qol saatı, 20 qızıl qolbaq, 7 qızıl zəncir boyunbağı, 2 600 avro, 50 min lirə, 3 tapança, 4 uzunmüddətli tüfəng, 7 daraq, 1360 patron, 2 dron, 12 mobil telefon, 8 kompüter korpusu, 6 noutbuk, 20 videokart, 14 SSD disk, 7 flaş kart və 3 yaddaş kartı müsadirə olunub. Şübhəlilər lazımi prosedurlar üçün polis idarəsinə aparılıblar.
QAZİLER.AZ

