Moskvanın Vnukovo hava limanındakı məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya gedən on reys təxirə salınıb.
Qaziler.az bildirir ki, Rusiya hava nəqliyyatının idarə edilməsi bu barədə 14 oktyabrda məlumat verib.
"Türkiyədən Moskvaya gedən 10 təyyarənin kapitanları Polşa, Litva və Belarusun hava məkanında, eləcə də Pskov vilayəti üzərində olarkən Türkiyəyə geri dönüblər", - TASS agentliyi mənbəyə istinadən bildirib.
Uçuşlar İstanbul, Antalya, İzmir və Dalamandan həyata keçirilib. Uçuşlar İstanbulun Sabiha Gökçen hava limanına eniş edib. Sərnişinlərin biletləri yenidən bronlaşdırılır.
QAZİLER.AZ

