İstanbulda sənaye müəssisəsində yanğın - Dam külə döndü - VİDEO

İstanbulda sənaye müəssisəsində yanğın - Dam külə döndü - VİDEO backend

İstanbulun Bayrampaşa, Muratpaşa bölgəsindəki Baltaş Sənaye Sahəsində naməlum səbəblərdən yanğın baş verib.

Qaziler.az bildirir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib və alov nəzarət altına alınıb.

Yanğın hələlik müəyyən edilməmiş bir səbəbdən Muratpaşa məhəlləsindəki 5 mərtəbəli Baltaş Kilimci Sənaye Sahəsinin damında başlayıb. Alovlar sürətlə yayılıb və ərazini qatı tüstü bürüyüb.

Məlumatdan sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə, polis və tibb qrupları göndərilib. Yanğın nəzarət altına alınıb və yanğınsöndürmə idarəsi tərəfindən söndürülüb.

Yanğın nəticəsində ərazinin damı zədələnib.

Yanğınsöndürənlər soyutma və zərərin qiymətləndirilməsi işlərini davam etdirir.

QAZİLER.AZ