Ukrayna hərbçiləri FPV dronu vasitəsilə Rusiyanın ən müasir modernləşdirilmiş "Mi-28" zərbə helikopterini vurublar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 115-ci əlahiddə mexanikləşdirilmiş briqadası məlumat yayıb.
Briqadanın rəsmi "Facebook" səhifəsində verilən məlumata görə, bu uğurlu əməliyyat "Prişelsı" zenit-raket diviziyasının pilotlarının zərgər dəqiqliyi ilə işinin nəticəsidir.
Hərbi qulluqçular qeyd ediblər ki, zenit FPV dronu düşmən helikopterini elə havada ikən yaxalayaraq zərbə endirib. Nəticədə, nə hərbi texnikaya, nə də onun heyətinə sağ qalmaq şansı qalmayıb.
QAZİLER.AZ

