Ukrayna üç yaşayış məntəqəsini geri aldı

Ukrayna üç yaşayış məntəqəsini geri aldı backend

"Vivaldi" əməliyyatı yeni nəticələr verdi: Ukrayna qoşunları daha 101 kvadrat kilometr ərazini geri alıb və üç yaşayış məntəqəsini azad edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Üçüncü Ordu Korpusuna istinadən məlumat yayıb.

Briqada generalı Andrey Beletski Vivaldi əməliyyatının dördüncü mərhələsinin başa çatması münasibətilə verdiyi açıqlamada bildirib ki, Üçüncü Ordu Korpusu, ona bağlı bölmələrlə birlikdə Zelena Dolina, Lıpovoye və Kolodyazini azad edib.

Onun sözlərinə görə, bu mərhələdə Ukrayna qoşunları 101 kvadrat kilometr ərazini geri alıb. Bu arada, Ukraynanın hesablamalarına görə, Rusiya ordusu təxminən 3000 əsgər itirib.

QAZİLER.AZ