Ukrayna qarşıdakı qış üçün böhran ssenariləri hazırlayır – Budanov mühüm tapşırıqları açıqladı

Ukrayna qarşıdakı qış üçün böhran ssenariləri hazırlayır – Budanov mühüm tapşırıqları açıqladı backend

Ukrayna hakimiyyəti 2026-cı ilin noyabrından 2027-ci ilin martınadək yarana biləcək böhran vəziyyətləri üçün dəqiq ssenarilər hazırlayır.

Qaziler.az bildirir ki, bu barədə Humanitar Reaksiya üzrə Koordinasiya Platformasının iclasından sonra Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və onun müavini İrina Vereşçuk öz Telegram kanallarında məlumat veriblər.

Kirill Budanov bildirib ki, hakimiyyətin əsas vəzifəsi qış dövründə yarana biləcək böhran ssenarilərinin işlənib hazırlanması və operativ reaksiya planlarının sinxronlaşdırılmasıdır.

Onun sözlərinə görə, hökumət Fövqəladə Hallar üzrə Dövlət Xidməti vasitəsilə coğrafi mövqe və miqyasları nəzərə alaraq potensial təhlükələrin baza ssenarisini tərtib edir. Müdafiə Qüvvələri və kəşfiyyat isə bu risklərə müvafiq qiymət verəcək.

İclas zamanı Ukraynanın qarşıdakı qış dövründə üzləşə biləcəyi əsas çağırışlar və onlara qarşı cavab tədbirləri ətraflı müzakirə olunub.

QAZİLER.AZ