İstanbulun Arnavutköy bölgəsində 5 mərtəbəli binanın son mərtəbəsində yanğın baş verib. Sürətlə yayılan alov yanğınsöndürənlər tərəfindən söndürülüb, qatı tüstü səbəbindən köməksiz qalanlar isə xilas edilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, naməlum səbəbdən beşmərtəbəli binanın yuxarı mərtəbəsindən alov qalxıb və tez bir zamanda yayılıb.
Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım işçiləri və polis göndərilib. Yanğınsöndürənlər alovu söndürüblər və qatı tüstüdə köməksiz qalanlar xilas edilib.
Binanın damına ziyan dəyib və yanğının səbəbi ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ

