Ukraynalı komik, "Liqa smexa" (Gülüş Liqası) layihəsinin və "Veteranı kosmiçeskix voysk" komandasının tanınmış üzvü Aleksandr "Venya" Venedçuk vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə aktyorun rəsmi yaradıcı kollektivi "Instagram" səhifəsində məlumat yayıb.
Xatırladaq ki, Aleksandr Venedçukun 31 yanvar 2025-ci il tarixində beyninə qan sızmış, bu isə onda huşun itirilməsinə və güclü qıcolmalara səbəb olmuşdu. Ağır tibbi prosesdən keçən sənətçi bir neçə mürəkkəb cərrahiyyə əməliyyatı olunmuş, daha sonra isə uzunmüddətli müalicə və reabilitasiya kursu keçmişdi. Aktyorun dəqiq ölüm səbəbi isə hələlik ictimaiyyətə açıqlanmır.
QAZİLER.AZ

