Özbəkistan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətlərini müzakirə etdilər.
Qaziler.az özbək mətbuatına istinadən bildirir ki, bu məsələlər 12 oktyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov tərəfindən müzakirə olunub.
Görüş zamanı Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və xoş arzularını çatdırıb və ikitərəfli münasibətlərin inkişafına göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tərəflər ticarət və investisiyaların genişləndirilməsi, müəssisələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı təchizat şərtlərinin yaxşılaşdırılması imkanlarını müzakirə ediblər.
Nəqliyyat və logistika əməkdaşlığına və Orta Dəhliz boyunca əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Görüş iştirakçıları həmçinin bir sıra sənaye sahələrində birgə müəssisələrin yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın digər sahələrini müzakirə ediblər.
QAZİLER.AZ

