Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə yeni üsulla hücum etməyə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiyanın həmin regionunun qubernatoru Aleksandr Şuvayev öz Telegram kanalında məlumat yayıb.
Region rəhbərinin sözlərinə görə, ölkənin sərhədyanı zonalarında pilotsuz uçuş aparatlarından (PUA) partlayıcı qurğuların məsafədən atılması halları qeydə alınıb. Şuvayev bu qurğuların Ukrayna tərəfindən istehsal olunduğunu bildirib.
Qubernator qeyd edib ki, sözügedən partlayıcılar formaca tubusu (silindrik qab) xatırladır.
Onlar yerə düşərkən, toxunuş zamanı və ya təmassız olsa belə işə düşür.
Yaranmış təhlükə ilə əlaqədar olaraq, rəsmi şəxs region sakinlərini meşələrə getməkdən imtina etməyə, eyni zamanda ehtiyatlı davranaraq şübhəli əşyalara qətiyyən toxunmamağa çağırıb.
QAZİLER.AZ

