Rusiya şəhərində anbarda böyük yanğın - VİDEO

Rusiya şəhərində anbarda böyük yanğın - VİDEO backend

Rostov vilayətinin Aksay şəhərindəki anbarda baş verən yanğın 6000 kvadrat metrə çatıb.

Qaziler.az bildirir ki, bu barədə 13 oktyabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat verib.

"Aksay, Qaqarin küçəsi 19, 6000 kvadrat metr sahəni əhatə edən iki anbarda (plastik, paletlər) yanğın baş verib. 3-cü yanğın səviyyəsi elan edilib", - deyə idarənin veb saytında bildirilir.

Aksay rayon rəhbərliyinin məlumatına görə, yanğın plastik məhsullar istehsal edən "Aksaykardandetal" zavodunun anbarlarında baş verib. Yanğını söndürmək üçün 26 ədəd ixtisaslaşmış texnika və 66 yanğınsöndürən cəlb edilib.

İlkin yanğın sahəsinin 500 kvadrat metr olduğu bildirilib. Daha sonra yanğın 3000 kvadrat metrə çatıb və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paletlər və plastik məhsulların saxlanıldığı iki anbarı əhatə edib.

QAZİLER.AZ