Kaşpirovski Ukraynada dəfn edildi

Kaşpirovski Ukraynada dəfn edildi backend

Məşhur rusiyalı psixoterapevt Anatoli Kaşpirovski Ukraynada dəfn edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Dmitri Qordon "Instagram" hesabında məlumat verib.

"Bir neçə saat əvvəl dostum Anatoli Kaşpirovski Vinnitsa şəhərində dəfn edildi. Anatoli Mixayloviç evinə - anasına və atasına, qızına qayıtdı. Ruhu şad olsun", - deyə Qordon yazıb.

Kaşpirovski oktyabrın 3-də 87 yaşında vəfat edib. Ölüm səbəbi çox sayda orqan çatışmazlığına gətirib çıxaran xərçəng xəstəliyi olub. Onunla vida mərasimi oktyabrın 8-də Moskvada Troyekurovskoye qəbiristanlığında baş tutub, mərasimdən sonra cənazəsini Ukraynaya aparıblar. Onun son arzusu Ukraynada dəfn edilməsi olub və ailəsi bu arzunu yerinə yetirməyə qərar verib.

Anatoli Kaşpirovski 1939-cu il avqustun 11-də Ukrayna SSR-in Xmelnitsa vilayətinin Stavnitsa kəndində anadan olub. 1962-ci ildə Vinnitsa Tibb İnstitutunu bitirib, bundan sonra həkim-psixiatr və psixoterapevt kimi çalışıb. O, 1980-ci illərin sonunda televiziyada psixoterapiya seansları sayəsində geniş şöhrət qazanıb.

Vinnitsa şəhərində Anatoli Mixayloviçin anası dəfn olunub. 2018-ci ildə o, faciəli şəkildə həlak olan qızı Yelenanın cəsədini də ora aparıb. İndi özünün məzarı da onların yanında olacaq.