Bu, nə cəsarət, nə də güc nümayiş etdirmir - Kadırov

Bu, nə cəsarət, nə də güc nümayiş etdirmir - Kadırov backend

Bir sıra ölkələr tərəfindən terror hərəkatı kimi tanınan "Ənsar Allah" hərəkatının üzvü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad hava limanına endirdikləri zərbələrə haqq qazandırmaq olmaz və nə cəsarət, nə də güc nümayiş etdirmir.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu kəskin xarici siyasət bəyanatını Çeçenistan rəhbəri Ramzan Kadırov verib. Onun sözləri Telegram-da dərc olunub.

Kadırov qeyd edib ki, husilər ABŞ hərbi bazalarına deyil, mülki hədəflərə hücum etməyi seçiblər və nəticədə 300-dən çox itki veriblər.

"Sözügedən hərəkətlər yalnız bu cür metodlardan istifadə edənlərin əsl mahiyyətini ortaya qoyur", - deyə o, qeyd edib və əlavə edib ki, heç bir siyasi fikir ayrılığı və ya hərbi qarşıdurma günahsız insanların ölümünə haqq qazandıra bilməz.

QAZİLER.AZ