Türkiyə hüquq-mühafizə orqanları Ankaranın Etimesqut bələdiyyəsində əməliyyat keçirib və əməliyyat zamanı iki bələdiyyə sədrinin müavini də daxil olmaqla 25 nəfər saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
"Əməliyyat çərçivəsində iki bələdiyyə sədrinin müavini də daxil olmaqla 25 nəfər saxlanılıb", - deyə kanal bildirib.
Əməliyyatın səbəbi hələlik rəsmən dəqiqləşdirilməyib.
Bundan əvvəl Etimesqut bələdiyyəsinə qarşı korrupsiya, habelə bələdiyyə satınalmaları və tenderlərin keçirilməsi zamanı qanun pozuntuları şübhəsi ilə bağlı araşdırma başladılmışdı. İstintaq müqavilələrin bağlanmasında mümkün maxinasiyalar, saxta sənədlərin hazırlanması, avtomobil dayanacaqlarının icarəsi, həmçinin tikinti layihələrinin rəsmiləşdirilməsi və icazələrin verilməsi zamanı qanunsuz üstünlüklərin əldə edilməsi barədə iddialar yoxlanılırdı.
QAZİLER.AZ

