Lvovda hərbçiyə bıçaqla hücum edən şəxs saxlanılarkən polisi də yaraladı

Lvovda hərbçiyə bıçaqla hücum edən şəxs saxlanılarkən polisi də yaraladı backend

Ukraynanın Şeptitski şəhərində yerli sakin hərbçiyə qarşı qəsdən adamöldürməyə cəhd edib, saxlanılarkən isə polis əməkdaşını yaralayıb.

Qaziler.az bildirir ki, bu barədə Lvov Vilayət Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, oktyabrın 11-də yerli vaxtla saat 16:20 radələrində Lvov vilayətinin Şeptitski şəhərində səfərbərlik tədbirləri çərçivəsində sənədlərin yoxlanılması üçün bir nəfər saxlanılıb. Həmin şəxs qəfildən bıçağa bənzər əşya çıxararaq 43 yaşlı hərbi qulluqçunun boyun nahiyəsinə zərbə endirib və hadisə yerindən qaçıb. Ağır yaralanan hərbçinin vaxtilə ATO (Antiterror Əməliyyatı) iştirakçısı olan və bu il yenidən hərbi xidmətə çağırılan bir veteran olduğu bildirilir. Hazırda o, reanimasiyadadır.

Hüquq-mühafizə orqanları qısa müddətdə qaçan şəxsin kimliyini müəyyən ediblər. Sərxoş halda olduğu bildirilən 47 yaşlı yerli sakin saxlanılarkən müqavimət göstərib və pnevmatik tapançadan polisə atəş açıb. Nəticədə polis əməkdaşı da bədən xəsarətləri alıb.

QAZİLER.AZ