Avropalılar sülh yolu ilə həll yolu axtaranlar arasında deyil, müharibə tərəfini təmsil edənlərdir.
Qaziler.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu 12 oktyabrda bildirib.
"Avropalılar açıq-aydın sülh tərəfinin, dinc nizamlama axtaran tərəfin bir hissəsi deyillər. Onlar daha doğrusu, müharibə tərəfidirlər", - Peskov deyib.
Kreml sözçüsünün sözlərinə görə, Avropa Ukrayna münaqişəsinin bitməsinin qarşısını almaq üçün əlindən gələni etməyə davam edir.
Peskov vurğulayıb ki, "Rusiya parçalanma istəmir, lakin sülh yolu ilə nizamlamaya nail olmaq üçün təsirli tədbirlər axtarır".
Mətbuat katibi ABŞ və Avropa arasında Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək məsələsində yaranan fikir ayrılıqlarını belə şərh edib.
QAZİLER.AZ

