Türkiyədə turistləri daşıyan avtobus aşıb

Türkiyədə turistləri daşıyan avtobus aşıb backend

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobus magistral yolda aşıb.

Qaziler.az bildirir ki, bu barədə Medyatava yazıb.

Qəza yerli vaxtla saat 10:30 radələrində Antalya-İsparta avtomobil yolunda baş verib. Hadisənin səbəbinin yolun sürüşkən olması olduğu deyilir: üzərinə yanacaq tökülüb.

“Atam avtobusu idarə etməyə çalışsa da, onun aşmasının qarşısını ala bilməyib”, - sürücünün oğlu Eşref Taşçı deyib.

Ümumilikdə 23 sərnişindən 17-si xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

QAZİLER.AZ