Rusiya ordusu Donetsk və Zaporojye bölgəsində yaşayış məntəqələrini ələ keçirib

Rusiya ordusu Donetsk və Zaporojye bölgəsində yaşayış məntəqələrini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Lidino  və Zaporojye bölgəsindəki Nikolskoyeyaşayış məntəqələrində nəzarəti ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə 12 oktyabrda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Aktiv əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Lidino kəndi  nəzarətə götürüldü", - idarənin yaydığı xəbərdə deyilir.

"Mərkəz" qüvvələr qrupunun döyüşçülərinin bu tapşırıq üzərində işlədiyi və həmçinin Tarorayski, Novoandreyevka, Maryevka, Novoyavlenka, Svyatoqorovka, Belozerovsk və Vesela Qora yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (USQ) şəxsi heyətini və texnikasını məhv etdiyi vurğulanır.

Eyni zamanda, "Şərq" qüvvələr qrupundan olan hərbçilər Zaporojye bölgəsində Ukrayna müdafiəsinə daha dərindən girməyə davam etdilər. Orada onlar Nikolske kəndini nəzarətə götürdülər və Vasinovka, Volyanka və Ternovka yaxınlığında bir sıra əməliyyatlar keçirdilər.

QAZİLER.AZ