Rusiya idman gimnastikası üzrə milli komandası Niderland vizalarının verilməsinin gecikməsi səbəbindən Rotterdamda keçiriləcək dünya çempionatını buraxa bilər.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Gimnastika Federasiyası rəsmi məlumat yayıb.
Təşkilatın Telegram kanalında qeyd olunub ki, dünya çempionatına planlaşdırılan uçuşa cəmi iki gün qalmasına baxmayaraq, milli komanda üzvləri hələ də Niderland hakimiyyətindən vizalarını ala bilməyiblər.
Federasiyadan bildirilib ki, bütün idmançılar seçmə mərhələləri uğurla keçərək Beynəlxalq Gimnastika Federasiyasının rəsmi iştirakçı siyahısına daxil ediliblər. Rusiya gimnastları dəvətnamələri alan kimi bütün lazımi sənədləri dərhal viza mərkəzinə təqdim etsələr də, problem hələ də həllini tapmayıb.
QAZİLER.AZ

