Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb backend

Türkiyə XİN başçısı Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Görüş Ankarada keçirilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan paytaxtda HƏMAS-ın Siyasi Bürosunun sədri Hayye və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Görüşlə bağlı əlavə açıqlama verilməyib. Nümayəndə heyətinin Ankaradakı təmasları ilə bağlı təfərrüatlar da paylaşılmayıb.

QAZİLER.AZ