NYT: Avropa Rusiya şəhərini "iflic" etməyi planlaşdırır

NYT: Avropa Rusiya şəhərini "iflic" etməyi planlaşdırır backend

Avropalı analitiklər xəbərdarlıq siqnalı olaraq kiberhücumlar vasitəsilə Moskva metrosunun fəaliyyətini iflic etmək cəhdlərini müzakirə edirlər. 

Qaziler.az bildirir ki, “The New York Times” bu barədə məlumat verir.

Nəşrin yazdığına görə, Brüsseldə bu cür kiberimkanlardan istifadənin və tətbiq ediləcək tədbirlərin nə dərəcədə radikal ola biləcəyi ətrafında mübahisələr davam edir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Aİ-nin Moskvaya qarşı "hibrid hücum" ittihamlarını əsassız adlandırıb. O, bu bəyanatların məqsədinin avropalıların diqqətini daxili problemlərdən yayındırmaq olduğunu bildirib və Qərbi Avropa tərəfindən aqressiya ediləcəyi təqdirdə Moskinın cavab verəcəyini vurğulayıb.

Rusiya mətbuatı qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də ölkəsinin Avropa dövlətləri ilə müharibə etmək planının olmadığını dəfələrlə bəyan edib.

QAZİLER.AZ