Ukraynanın əks-hücumu ölkə müdafiəsinin ayrılmaz hissəsidir və yalnız cavab zərbələri Kremli danışıqlar masasına əyləşməyə məcbur edə bilər.
Qaziler.az bildirir ki, bu barədə respublikaçı konqresmen Kevin Kramer jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
Amerikalı siyasətçinin sözlərinə görə, hərbi əməliyyatların düşmən ərazisinə keçirilməsi də ümumi müdafiə planına daxildir. O vurğulayıb ki, ABŞ və müttəfiqləri bu cür cavab tədbirlərinə görə Ukraynanı qətiyyən ittiham etmirlər.
Konqresmen əlavə edib ki, Rusiya diktatoru Vladimir Putinin strategiyası ədalətli sülhə nail olmaq deyil, Ukraynanı faktiki olaraq kapitulyasiyaya məcbur etməkdir. Bu səbəbdən Kramer daha effektiv addımlar üçün Ukrayna müdafiəçilərinə daha çox silah verilməsinin vacibliyini qeyd edib.
QAZİLER.AZ

