Belarus Ukraynanı Bryansk bölgəsində yük maşınına hücum etməkdə ittiham edib

Belarus Ukraynanı Bryansk bölgəsində yük maşınına hücum etməkdə ittiham edib backend

Minsk Rusiyanın Bryansk vilayətində yük avtomobilinə dron hücumunu Ukrayna tərəfindən qəsdən atılmış addım hesab edir.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, hadisə ilə əlaqədar Ukrayna diplomatı Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Belarus XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib. Belarus tərəfinin məlumatına görə, oktyabrın 8-də Bryansk vilayətində pilotsuz uçuş aparatı Belarus qeydiyyatında olan yük maşınına hücum edib.

Partlayış nəticəsində Belarus vətəndaşı olan qadın ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş üzərində ətrafların amputasiyasını da əhatə edən cərrahiyyə əməliyyatı aparılıb və ona zəruri tibbi yardım göstərilib.

Belarus Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib.

QAZİLER.AZ