Paşinyan fonda Azərbaycan mahnısı ilə VİDEO paylaşdı

Paşinyan fonda Azərbaycan mahnısı ilə VİDEO paylaşdı backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana səfəri zamanı velosipedlə yürüşə çıxarkən video çəkib.

Qaziler.az xəbər verir ki, sözügedən görüntünü Paşinyan sosial media hesabında paylaşım.

Onun videonu arxa fonda Azərbaycan dilində mahnının səsləndirilməsi zamanı çəkdirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, videoda səslənən musiqi müğənni Zeynəb Həsənovanın ifa etdiyi "Aram Aram" adlı mahnısıdır.  Mahnı 2023-cü ilin noyabr ayında yayımlanıb.

QAZİLER.AZ